Xəzər Xəbər

Şəhər və rayonların giriş-çıxışına qoyulan postlar 24 saat fəaliyyət göstərir - VİDEO

Veb TV | 21:09 • 28 Mart 2020
Şəhər və rayonların giriş-çıxışına qoyulan postlar 24 saat fəaliyyət göstərir -

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən Şəkinin girişində də 24 saat fəaliyyət göstərən postlar qurulub. Əraziyə Daxili Qoşunların şəxsi heyəti də cəlb edilib.

Xezerxeber.az-ın məlumatına görə, burada polis əməkdaşları sürücü və sərnişinlərin sənədlərini yoxlayır, bu rayonda qeydiyyatda olanlar digər ərazilərə buraxılmır.

Bir postda günorta saatlarına kimi başqa rayonlardan olan 25 nəfər geri qaytarılıb.

Balakəndə də giriş-çıxışa polis nəzarət edir. Digər rayona getmək istəyən sürücü və sərnişinlər mütləq şəkildə işlədiyi qurumun müvafiq sənədini təqdim etməlidir.

24 saat fəaliyyət göstərən postların qurulduğu rayonlardan biri də Lənkərandır.

Postların dünəndən qurulmasına baxmayaraq, bu gün xeyli sayda sürücü və sərnişin müxtəlif bəhanələrlə qonşu rayonun ərazisinə keçməyə çalışıblar. Yalnız iş yeri başqa rayonda olanlara müvafiq sənəd əsasında postu keçməyə icazə verilir.

Yevlaxda isə ötən günlə müqayisədə yollarda hərəkətlilik xeyli azalıb. Tətbiq olunan hərəkət məhdudiyyəti nəzərəçarpacaq dərəcədə səmərə verib.

Rayonda demək olar ki, bu gün postu keçməyə cəhd edənlərə rast gəlinməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti