Xəzər Xəbər

Bakıda 18 metrlik sərnişin avtobusları istismara buraxıla bilər - VİDEO

Veb TV | 19:03 • 28 Mart 2020
Bakıda 18 metrlik sərnişin avtobusları istismara buraxıla bilər -

Sabahdan etibarən Bakı metrosu məhdudiyyətlə fəaliyyət göstrəcəyindən, xüsusən metrostansiyalar arasında fəaliyyət göstərən ekspres avtobuslara tələb arta bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunun qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlıqlar görülüb.

Artıq bu gündən etibarən isə paytaxt daxilində hərəkət edən bəzi marşurut avtobuslarında sərnişinlər arasında məsafəni təmin etmək üçün sosial aksiya keçirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabah paytaxt daxilində hərəkət edən marşrut avtobuslarının qrafikində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti