Xəzər Xəbər

Ölkə daxilində koronavirusa yoluxma halları daha çoxdur - VİDEO

Veb TV | 19:39 • 27 Mart 2020
 Ölkə daxilində koronavirusa yoluxma halları daha çoxdur  -

Azərbaycanın daxilində koronavirusa yoluxanların sayı xaricdən gələn xəstələri üstələyib.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, paytaxtla yanaşı, bölgələrdə də pandemiyaya yoluxanlar var.

İbrahim Məmmədovun sözlərinə görə, xəstəlikdən sağalanlarla yeni yoluxanlar arasındakı fərq də xoşagəlməz dərəcədə artır. Bunun əsas səbəbi vətəndaşların karantin rejiminə əməl etməməsidir.

Nazirlər Kabinetinin rəsmisi deyib ki, ölkədə fövqəladə vəziyyətin elan edilməsi də istisna olunmur.

O əlavə edib ki, martın sonu və aprelin əvvəlində ölkədə kifayət qədər maska və tibbi spirt pərakəndə satışda olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti