Fransada həkimlər koronavirusa qarşı müalicədə uğur əldə ediblər.
Həkimlər "hidroksiklorokin” və "azitromisin” dərmanlarının qarışığından əldə etdikləri preparatla testə cəlb etdikləri 36 koronavirus xəstəsinin hamısını sağaldıblar. Məlumata görə, müalicə dövrü 6 gün çəkib. Fransa hökumətinin dəstək verdiyi araşdırma xüsusi tibb mərkəzində həyata keçirilib.
Həkimlər hesab edir ki, bu araşdırma koronavirusa qarşı müalicə üsulunun formalaşdırılmasına ciddi dəstək ola bilər./publika.az