Xəzər Xəbər

İrandan koronavirusla bağlı ŞAD XƏBƏR Prezident mühüm məlumatı açıqladı

Dünya | 10:09 • 26 Fevral 2020
İrandan koronavirusla bağlı ŞAD XƏBƏR

"İranda koronavirusla bağlı qorxunun yaradılması düşmənin təxribatıdır”.

İran prezidenti Həsən Ruhani belə açıqlama verib. Koronavirusla bağlı toplantının yekunlarına dair açıqlamasında o bildirib ki, hesabatlara görə İranda vəziyyət nəzarət altına alınıb. Ruhaninin sözlərinə görə, ilk günlərdə xəstəxanalara müraciət edənlərin sayı çox olsa da, son günlər bu göstərici azalıb.

"Bütün qurumlar diqqətli olmalıdır. Cəmiyyətdə qorxunun yayılması, ölkədə tətil edilməsi düşmənin planı və təxribatıdır”.

Ruhani bildirib ki, həkimlər müayinələr zamanı təhlükəsizlik qaydalarına riayət etməli onların sağlamlığı ön planda olmalıdır./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti