Xəzər Xəbər

Polis 5 milyon tibbi maska ələ keçirdi Əhaliyə baha satmaq niyyətində olublar

Dünya | 09:38 • 26 Fevral 2020
Polis 5 milyon tibbi maska ələ keçirdi

Tehranda polisin keçirdiyi əməliyyat nəticəsində minlərlə tibbi maska aşkar edilib.

İrna agentliyi xəbər verir ki, bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirərək, sonrakı günlər üçün baha satmaq niyyətində olublar. Axtarışlar zamanı polis 5,5 milyondan çox tibbi maska aşkar edib. Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb. 3 fabrik bağlanıb.

Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə, tibbi maskalara böyük ehtiyac yaranıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti