Xəzər Xəbər

Koronavirusla bağlı SEVİNDİRİCİ XƏBƏRİ dünyaya elan etdilər

Dünya | 09:27 • 25 Fevral 2020
Koronavirusla bağlı

Çinin Moskvadakı səfiri Çjan Janhuey koronavirus barədə sevindirici xəbər verib.

XəzərXəbər-in İxlas agentliyinə istinadən xəbərinə görə, o Rusiya mətbuatına müsahibəsində bildirib ki, Çinin elm adamları koronavirus əleyhinə peyvənd hazırlayıblar. Lakin son testlər həyata keçiriləndən sonra peyvəndin istifadəsinə başlanılacaq. Onun sözlərinə görə, ilk testlər uğurlu nəticə verib. Peyvəndin virusa qarşı effektli olduğu təsdiqini tapıb. Diplomatın sözlərinə görə, fevral ayının sonuna qədər Çində fövqəladə hal aradan qalxacaq.

Həyat əvvəlki kimi normala dönəcək. Diplomat peyvəndi ərsəyə gətirən elm adamları arasında iki rusiyalının da olduğunu bildirib.

Xəbər lenti