Xəzər Xəbər

Azərbaycanda ŞOK OLAY: 15 yaşlı qızla dəfələrlə əlaqədə oldu, sonra... - TƏFƏRRÜAT

Hadisə | 16:12 • 18 Fevral 2020
Azərbaycanda ŞOK OLAY:

Şirvan şəhərində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1995-ci il təvəllüdlü Bəhram İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Bəhram İsayev 2017-ci ilin mayın 07-dən 08-nə keçən gecə Şirvan şəhərində mənzillərdən birində, daha sonra isə 2017-ci ilin iyul ayının sonlarına yaxın Şirvan şəhərinin "Sever yolu” kimi adlanan ərazisində dayısı Əli Babayevə (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) məxsus fərdi yaşayış evində 2002-ci il təvəllüdlü Ləman Məmmədova ilə cinsi əlaqədə olub.

"Mənə sevgi məktubu yazdı”

İstintaq orqanı tərəfindən Bəhram İsayevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram İsayev özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. Onun sözlərinə görə, Ləmanı hadisədən əvvəl təxminən 3 il olar ki, tanıyır, nənəsi Xanım onların qonşusudur: "Bizim münasibətlərimiz həmişə yaxşı olub, aramızda düşmənçilik və ya ədavət olmayıb. Ləmanla 2017-ci ilin may ayına kimi aramızda heç bir sevgi münasibəti olmayıb. Təxminən 2017-ci ilin əvvəllərində Ləman mənə sevgi məktubu yazdı. Lakin buna əhəmiyyət vermədim. Çünki Ləmanı sevməmişəm”.

"Gizli nömrədən mənə zəng etdi”

Bəhram İsayevin sözlərinə görə, 2017-ci ilin mayın 7-də dostu və dayısı Azad ilə birlikdə Bakı şəhərinə gediblər: "Bakıya getməkdə məqsəd mənim üçün avtomobil almaq olub.. Bakı şəhərində maşın bazarından mənim üçün "Daevoo Gentra” markalı avtomobil aldıq. Mayın 7-də . Şirvan şəhərinə qayıtmaq istəyərkən Sumqayıt şəhərində Ləman istifadəmdə olan mobil telefon nömrəmə gizli nömrədən zəng vurdu. O, məndən soruşdu ki, onu Şirvan şəhərinə apara bilərmi? Mən də Ləmanla Şamaxinkada görüşməyi razılaşdım. Şamaxinkada görüşərək birlikdə Şirvan şəhərinə gəldik. Şirvan şəhərində olarkən ilk öncə Ləmanı nənəsinin evində düşürtdüm. Sonra isə dayımı və dostumu apararaq evlərinə qoydum. Daha sonra öz evimə gəldim”.

"Dedilər ki, qızla heç bir işləri yoxdur”

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 8-ə keçən gecə saat 04 radələrində Ləman yenidən gizli nömrədən ona zəng edib: "Dedi ki, nənəsi onu evinə buraxmır, parkda oğlanlar üstünə düşüb, tək qalıb, gəlib kömək etsin, inanmırsa eyvandan baxıb, görə bilər. Yaşadığım evin eyvanından baxdıqda həqiqətən də parkda bir neçə nəfər oğlan gördüm və əynimi geyinərək parka düşdüm. Parkda oğlanlardan soruşduqda, onlar dedilər ki, qızla heç bir işləri yoxdur. Ləmana yaxınlaşan zaman mənə dedi ki, bunlar hamısı bəhanədir, evdən sənin yanına qaçmışam, evdə məktub yazıb qoymuş, anam və nənəm bilir”.

"Məni masaj etməyə başladı”

Bəhram İsayev deyib ki, Ləman ona bir gecəlik ev tapıb və qalmasını xahiş edib: "Ona görə də Vüsal adlı tanışımdan bir gecəlik ev istədim. Vüsal da etiraz etmədi və ona məxsus Şirvan şəhərində olan mənzilinə Ləmanla birlikdə getdik. Evdə olarkən Ləmanla bir qədər söhbət etdik. Ləman mənə dedi ki, evlərində bir qədər problem var, evdən ona görə qaçıb. Ləman 3 ildir ki, məni sevdiyini söylədi. Ləman dedi ki, yoldan gəlibsən, uzansın səni masaj edim. Mən də buna etiraz etmədim və divanda uzandım. Ləman da məni masaj etməyə başladı. Həmin vaxt yuxuya getdim”.

"Onunla cinsi əlaqədə oldum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə saat sonra Ləman onu oyadıb: "Ləman mənə dedi ki, səninlə cinsi əlaqədə olmaq istəyirəm. Ləmanın həmin vaxt 16 yaşına çatmamasını bildim. Həmin vaxt sevişməyə başladıq. Ləman çılpaq vəziyyətdə mənim üzərimə çıxdı. Onunla təbii yolla cinsi əlaqədə olmağa başladım. Cinsi əlaqədə olmağımız təxminən 10 dəqiqə davam etdi. Sonra Ləman hamama getdi və yuyunaraq yanıma qayıtdı. Sonra yatdıq. Səhər saat 08 radələrində yuxudan durduqdan sonra Ləman dedim ki, evinə getsin, bəlkə anası onu qəbul edər. Ləmanı nənəsinin evinə apardım. Orada Ləmanı evlərinə qoyandan sonra öz işlərimin dalınca getdim. Ləman dedi ki, Sumqayıt şəhərində ev var, hər şeyi edəcək və birlikdə yaşayaq. Bu söhbətdən sonra Ləmanı bir müddət görmədim. Həmçinin Ləman mənə gizli nömrədən zəng vurduğu üçün ona zəng vura bilməmişəm”.

"Birlikdə dənizə getdik”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib: "2017-ci ilin iyun və ya iyul ayının əvvəllərində saat 23 radələrində Ləman mənə zəng vurdu və sonuncudan bu vaxta kimi harada olduğunu soruşdum. Dedi ki, telefonu əlindən alıblar və anası onu Sumqayıt şəhərində evdə saxlayıb. Gecə saat 02 radələrində Ləman mənə yığaraq dedi ki, parkdadır və gəlib onu götürüm. Sonra birlikdə Şirvan şəhərində kafedə yemək yedik. Dayımın Şirvan şəhərinin Sever kimi adlanan yerdə olan evinə getdik. Həmin evdə Ləman ilə iki dəfə təbii yolla cinsi əlaqədə olduq, Səhər saat 09-10 radələrində Ləmanla evdən çıxdıq. Ləmanı nənəsinin evinin yaxınlığında maşından düşürdüm. Ləman dedi ki, evə gedir, yemək hazırlasın və günorta dənizə gedərik. Günorta saatlarında dostum Nicat ilə sonuncunun idarə etdiyi avtomobil ilə Ləmanı götürdük, birlikdə Ələt qəsəbəsindəki çimərliyə getdik. Orada çimdikdən sonra birlikdə Şirvan şəhərinə gəldik. Şirvan şəhərində yenə də dayımın evinə getdik. Dayısının evində Ləmanla yenə də təbii yolla cinsi əlaqədə oldum. Sonra Nicat bizi götürərək evimizə apardı. Nicat ilk öncə məni düşürdü, sonra isə Ləmanı düşürməyə getdi. Bu məsələdən sonra Ləman mənimlə görmədi və sonuncu ilə telefonla danışmadıq”.

"Eşitdim ki, polisə şikayət edib”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra 2017-ci ilin iyul ayında Türkiyə Respublikasına gedib: "Türkiyə Respublikasına gedərək orada işlədim. Hətta xarici pasportuma baxılsa, oradan da görünər ki, əvvəllər də Türkiyədə olmuşam. Türkiyədə olarkən isə eşitdim ki, Ləman polisə şikayət edib. Yazıb ki, guya Ləmanın iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmuşam. Həmin vaxt qayıtmaq istəsəm də, bir qədər qorxdum.

"Guya mənimlə cinsi əlaqədə olarkən başı dumanlı olub”

Bəhram İsayev ifadəsində daha sonra belə danışıb: "2019-cu ilin aprelində fikirləşdim ki, Ləman özü mənimlə cinsi əlaqədə olmaq istəyib. Buna görə də sərhədi keçdim və məni Naxçıvan Muxtar respublikasında saxladılar. Sonra isə Şirvan şəhər polis şöbəsinə gətirildim. Solmaz ifadəsində yalandan mənimlə ilk dəfə cinsi əlaqədə olarkən içkili olduğunu göstərib, həqiqətdə isə Ləman içkili olmayıb, Ləman özü mənə zəng vurub, özü mənə cinsi əlaqədə olmağı təklif edib. Sadəcə hazırda ailə üzvlərinin qorxusundan belə ifadə verir ki, guya mənimlə cinsi əlaqədə olarkən başı dumanlı olub. Ləmanla qeyri təbii yolla cinsi əlaqədə olmamışam. Sonuncuya qarşı heç bir zor tətbiq edərək başqa seksual xarakterli hərəkətlər etməmişəm. Ləmanla yalnız özünün təklifi və razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşam. Dayımın evinə qız aparmağım barədə heç bir məlumatı olmayıb. Dayım hazırda Rusiya Federasiyasındadır və orada alverlə məşğul olur. Həqiqətən də Ləmanla ikinci dəfə də cinsi əlaqədə olmuşam. Ləmanla ailə qurmaq niyyəti ilə barışmaq istəmişəm, ailə üzvlərim onların evinə gedib. Bizim bu cəhdimiz alınmayıb. Əməlimdən peşmanam”.

"Aramızda cinsi münasibət olmayıb”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Ləman Məmmədova bildirib ki, mayın 7-də, saat 18 radələrində evdən 100 manat pul və qardaşının mobil telefonunu götürərək evdən çıxıb: "Evdən çıxdıqdan sonra əvvəlcədən tanıdığım və məni istəyən Mayıl adlı oğlana zəng vurdum, onunla görüş təyin etdim. Mayıl ilə Sumqayıt şəhərində parkda görüşdükdən sonra bir qədər söhbət etdik. Lakin Mayıla evdən qaçmağım barədə heç nə demədim. Mayıl ilə aramızda isə olan söhbətlər keçmişdən olub. Mayıl məni istəsə də, sonuncu ilə aramızda heç bir cinsi münasibət olmayıb”.

"Bəhrəmlə görüşməyi razılaşdıq”

Ləman Məmmədovanın sözlərinə görə, həmin gün saat 23 radələrində özündə olan mobil telefon nömrəsi ilə 5-6 il tanıdığı və Şirvan şəhərində yaşayan Bəhrəm adlı oğlanın istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub: "Nənəmin yanına Şirvan şəhərinə gəlib-gedərkən Bəhrəmi tanımışam. Lakin sonuncu ilə aramızda heç bir münasibət olmayıb, əvvəllər heç vaxt görüşməmişik. Yalnız yolda bir-birimizi görərkən salamlaşmışıq. Bəhrəmə zəng vurduqda, sonuncu dedi ki, Sumqayıt şəhərindədir. Bəhrəmlə görüşməyi razılaşdıq, Bakı şəhərinə "Şamaxinka” deyilən yerə gəldik. Ora Bəhrəm dostu Şabran və adını bilmədiyim dayısı ilə xarici markalı avtomaşınla gəldilər. Həmin vaxt avtomaşını Şabran idarə etdi, Bəhrəmin dayısı qarşı sağ oturacaqda, mən və Bəhrəm isə arxa oturacaqda oturduq. Şirvan şəhərinə yola düşdükdən sonra Bəhrəm dedi ki, nənəsigilə getməsin, getsinlər Şirvan şəhərində bir yerdə, yəni kafedə oturaraq yemək yeyək. Şirvan şəhərinə gəldikdən sonra Bəhrəm məni nənəmin yaşadığı M.Ə.Rəsulzadə küçəsində yerləşən evinin qarşısında düşürdü və burada gözləməyimi dedi. Bəhrəm isə avtomaşınla dayısı və dostu Şabranı düşürməyə getdi”.

"Xoş sözlər danışdı”

Ləman Məmmədova qeyd edib ki, təxminən 20 dəqiqə sonra Bəhrəm avtomaşınla qayıdıb və onu olduğu yerdən götürüb: "Sonra Bəhrəmlə dostu Asif və sonuncunun görüşdüyü Günay adlı qızı Şirvan şəhərində götürdükdən sonra Günayın yaşadığı, Şirvan şəhərində "tunel” kimi adlanan ərazinin yanındakı evinə getdik. Oraya getməmişdən əvvəl isə mağazindən spirtli içki, yəni pivə və "GO” kimi adlandırılan tərkibində 8 faiz spirt olan energetik içki, həm də yemək aldıq. Günayın evinə gəldikdən sonra masa arxasında oturduq, yemək yeyərək söhbət etməyə başladıq. Həmin vaxt Günay və Asif pivə içdilər, mən isə 2 ədəd "GO” adlı energetik 2 ədəd böyük şüşəsini içdim. Orada Bəhrəmlə masa arxasında oturub söhbət edərkən sonuncu məndən əvvəlcədən xoşunun gəldiyini, mənimlə münasibət qurmaq istədiyini, lakin bu barədə mənə heç bir söz deyə bilmədiyini və bu kimi xoş sözlər danışdı. Həmin vaxt içdiyim spirtli içkidən bir qədər başım dumanlı olub, lakin Bəhrəmin dediyi sözləri başa düşmüşəm”.

"Ona dedim ki, qız uşağıyam”

Zərərçəkmişin ifadəsinə görə, mayın 7-dən 8-nə keçən gecə, saat 02.45-də Asif ilə Günay evdə digər otağa keçiblər: "Mən isə Bəhrəmlə otaqda tək qaldım. Həmin vaxt Bəhrəm təklif etdi ki, divanda yer açıb, orada uzanaq və sevişək. Ona dedim ki, qız uşağıyam. Həmin vaxt Bəhrəm bildirdi ki, narahat olmasın, bakirəliyinə toxunan deyiləm. Mən də etiraz etmədim. Bəhrəm qonaq otağındakı divanı səliqəyə saldıqdan sonra hər ikimiz divana uzandıq və sevişməyə başladıq. Həmin vaxt hər ikimiz soyunmuşuq. Bəhrəmmla ehtiraslı formada sevişirdik. Birdən ağrı hiss etdim, lakin içkili olduğum üçün nə baş verdiyini başa düşmədim. Sadəcə Bəhrəmlə sevişdim. Aralarında təxminən 5 dəqiqə ərzində davam edən sevişməkdən sonra Bəhrəm mənə dedi ki, durum. Həmin vaxt duraraq hamama getdikdə gördüm ki, üstümdə qan izləri var. Başa düşdüm ki, bakirəliyim pozulub. Bu barədə Bəhrəmə dedim. O, bunun ola bilməz olduğunu söylədi. Hər ikimiz yatağa baxdıq, lakin orada qan izləri var idi. Sonradan bu barədə hər ikimiz heç nə danışmadıq. Yenidən yatağa uzandıqdan sonra təxminən 5 dəqiqə sonra Bəhrəmlə yenidən cinsi əlaqədə oldu”.

"Anama bakirəliyimin pozulması barədə heç nə demədim”

Ləman Məmmədova qeyd edib ki, həmin ərəfələrdə Günay ilə Asif digər otaqda cinsi əlaqədə olublar: "Bəhrəmlə 2-ci dəfə cinsi əlaqədə olduqdan sonra yatdıq. Səhər saat 6-da Bəhrəmlə yenə də cinsi əlaqədə olduq. Saat 07-də Bəhrəmə dedim ki, Şirvan şəhərində yerləşən "Elit” ticarət mərkəzinə gedim, oradan paltar alım, sonra zəngləşib əlaqə saxlayarıq. Evdən çıxdıqdan sonra "Elit” ticarət mərkəzinə getdim. Orada paltarlara baxmağa başladım. Həmin gün anam gəldi. Məni evdən qaçdığıma görə bir qədər danladı və birlikdə Sumqayıt şəhərinə qayıtdıq. Anama Bəhrəmlə cinsi əlaqədə olmağımı və bakirəliyimin pozulması barədə heç nə demədim. Sumqayıt şəhərinə qayıtdıqdan sonra təxminən 2-3 həftə orada qaldım. Həmin vaxt ərzində Bəhrəm və ya başqa kiminləsə telefonla danışmadım”.

"Dedim ki, bu gün nəyin bahasına olursa olsun, görüşək”

Ləman Məmmədova bildirib ki, iyul ayının əvvəllərində anası ilə Şirvan şəhərinə gəlib, həmin gün ev telefonu ilə Bəhrəmə zəng vurub və sonuncu ilə danışıb: "Ona dedim ki, bakirəliyim pozulub. Bəhrəm isə bildirdi ki, bu ola bilməz, sonra görüşüb və bu barədə söhbət edərik. Anam təxminən 1 həftə Şirvan şəhərində qaldıqdan sonra bir gün axşam saatlarında evdən çıxdı və Sumqayıt şəhərinə qayıtdı. Həmin vaxt nənəm evin qapısını bağlı vəziyyətdə saxladı ki, birdən yenə evdən qaçaram. Həmin gün nənəmin mobil telefonunu götürdüm və Bəhrəmlə əlaqə saxlayaraq dedim ki, bu gün nəyin bahasına olursa olsun, görüşək. Sonra nənəmin təzyiqinin qalxdığını gördüm və evə 2 dəfə təcili tibbi yardım çağırdılar. Həmin vaxt fikirləşdim ki, təcili tibbi yardımdan gələn həkim nənəmə iynə vurar və sonuncu yatar. Amma belə olmadı. Nənəm ilə mübahisə etdim, sonuncudan evin açarını istəməyə başladım ki, evdən çıxım. Nənəmə dedim ki, yarım saatlıq işi var. Nənəm evin açarını vermədi. Sonra evin eyvanına çıxdım və orada qonşquluqda olan eyvana keçdim. Sonra qonşuluqda eyvanın qapısını döydüm və həmin vaxt qapını yuxulu vəziyyətdə olan, nənəmin qonşuluğunda yaşayan kişi açdı Kişiyə yalandan evimizin qapısının bağlı olduğunu bəhanə etdim, onların evindən çölə çıxdım. Çölə çıxdıqdan sonra Bəhrəmlə əlaqə saxladım, sonuncu ilə Şirvan şəhərində yerləşən "Dədə Qorqud” heykəlinin yanında görüşdük”.

"Birlikdə çimərliyə getdik”

Ləman Məmmədovanın ifadəsinə görə, Bəhrəm həmin vaxt Nicat adlı tanışı ilə sonuncunun idarə etdiyi xarici markalı avtomaşını ilə gəlib: "Avtomaşına oturduqdan sonra Nicat, mən və Bəhrəmı sonuncunun Kür çayının qırağındakı evlərinə getdik. Orada olarkən Nicat çöldə gözlədi. Mən isə Bəhrəmlə birlikdə evdə oturduq. Həmin vaxt 1 ədəd "GO” adlı energetik içki qəbul etdik. Həmin gün Bəhrəmlə evdə olarkən 2 dəfə mənimlə cinsi əlaqədə oldu. Səhər saat 07 radələrində Bəhrəm Nicatla məni apararaq Şirvan şəhərində yerləşən "Elit” ticarət mərkəzinin yanında düşürdü və orada Ramiyə və ya Rabiyə adlı tanışımın yanına getdim. Onlar ticarət mərkəzində qab-qacaq satıb. Onlar ilə oradan-buradan söhbət etdikdən sonra ticarət mərkəzində gəzdim, paltarlara baxmağa başladım. Həmin vaxt üstümdə 20 manat pul olub, nənəmin evindən götürmüşdüm. Saat 13-14 radələrinə kimi ticarət mərkəzində gəzdim. Sonra Bəhrəmlə və Nicatla görüşərək birlikdə Ələt qəsəbəsindəki çimərliyə getdik. Orada Bəhrəm və Nicat çimdilər, birlikdə də qarpız yedik. Orada olarkən gördüm ki, Bəhrəmın mobil telefonuna anam zəng vurur. Bəhrəm anam ilə kənarda danışdı. Sonra mənə söylədi ki, anan səni axtarır, görsəm, ona deyim. Sonra özüm nənəmə məxsus olan mobil telefonu yandırdım. Telefonu yandıran kimi anam zəng vurdu. Anam ilə danışdım, yalandan dedim ki, Lənkəran rayonundadır və 2-3 saata gələcək. Sonra isə Bəhrəm və Nicatla birlikdə Bəhrəmə məxsus olan Kür çayının yanındakı evə gəldik”.

"Cinsi əlaqədə olandan sonra Kür çayının sahilinə çıxdıq”

Ləman Məmmədova qeyd edib ki, orada Nicat onları çöldə gözləyib: "Mən Bəhrəmlə evdə bir dəfə cinsi əlaqədə olduqdan sonra birlikdə Kür çayının kənarına çıxdıq. Orada olarkən Bəhrəmə dedim ki, bakirəliyimi pozmuşam. Bəhrəm isə bununla razılaşmadı və bu səbəbdən sonuncu ilə aramızda sözlə mübahisə oldu. Bəhrəmdən inciyərək Kür çayın kənarında oturdum, Bəhram isə avtomaşının yanında oldu. Həmin gün Bəhrəmlə gəzməyə getməli idik. Lakin küsdüyümüz üçün Bəhrəm Nicata dedi ki, məni evimizə aparsın. Sonra üçümüz birlikdə avtomaşınla Bəhrəmın yaşadığı evin yanına gəldik. Bəhrəm avtomaşından düşdü. Mən isə Nicatla birlikdə Şirvan şəhərində hazırda xatırlamadığım çayxana və ya restoranda oturaraq çay içdik. Sonra isə Nicat məni avtomaşınla gətirərək Şirvan şəhərində parkın yanında düşürdü. Bəhrəm mənim 16 yaşına çatmadığımı bilib. Təqsirləndirilən şəxslə barışmamışam”.

Şirvan şəhər Məhkəməsinin hökmü ilə Bəhram İsayev 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli 2019-cu il aprelin 20-dən hesablanması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Bəhram İsayev apelyasiya şikayəti verib. O, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, işinə yenidən baxılmasını istəyib.

Bəhram İsayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Bəhram İsayevin şikayətini təmin edib və onun cəzasını 6 aya qədər endirib. Bu cəza ilə Bəhram İsayevin həbsdə saxlanma müddəti bitib və o, azadlığa buraxılıb.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti