Xəzər Xəbər

MSK bu dairələrlə bağlı QƏRAR VERDİ VİDEO

Veb TV | 20:15 • 17 Fevral 2020
MSK bu dairələrlə bağlı QƏRAR VERDİ

Daha 8 seçki dairəsi üzrə şikayətlər araşdırılması üçün Dairə Seçki Komissiyalarına göndərilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib. 34 saylı Xətai üçüncü seçki dairəsinin isə 7 seçki məntəqəsində nəticələri ləğv olunub. MSK-ya daxil olan videogörüntülərin sayının isə 384 olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülər ümumi məntəqələrin ancaq 3 faizini əhatə edir. Bunu Mərkəzi Seçki Komissiyasının 9 fevral tarixində keçirilən müraciət və şikayətlərə baxılması ilə əlaqədar olan iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin çoxu səsvermənin sonuna olan müddəti əhatə edir.

Mərkəzi Seçki Komissiyasının iclasında daha bir neçə Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrinyekununda 9 saylı Binəqədi İkinci , 10 saylı Binəqədi Üçüncü , 86 saylı İsmayıllı , 66 saylı Biləsuvar Seçki Dairələriüzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal , 42 saylı Sumqayıt İkinci , 46 saylı Şirvan , 51 saylı Qusar Seçki Dairələriüzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib. Məzahir Pənahov indiyədək daxil olanvideo görüntülərin sayını da açıqlayıb.

Məzahir Pənahov daxil olan müraciətlərin dərindən araşdırıldığını və pozuntu olan yerlərlə bağlı sərt qərarlar qəbul ediləcəyini diqqətə çatdırıb.

Bundan başqa 34 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimli və digər namizədlərin şikayətinə baxılıb. Onlar seçkinin nəticələrinin ləğv olunmasını istəyiblər. 1, 2, 3, 4, 18, 30, 35 saylı məntəqələrdə seçkilərin nəticəsinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti