Xəzər Xəbər

MSK sədri: “Şikayət verən namizədlərin narahatlığına heç bir əsas yoxdur” - VİDEO

Veb TV | 20:00 • 15 Fevral 2020
MSK sədri: “Şikayət verən namizədlərin narahatlığına heç bir əsas yoxdur” -

"Məntəqə seçki komissiyalarında və səs verilən məntəqələrdə baş vermiş qanun pozuntuları ilə bağlı məsələlərə dairə seçki komissiyalarında (DSK) baxılmalıdır”.


Xezerxeber.az-ın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, şikayət verən bəzi namizədlər narahatdır: "Amma buna heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlərə qanunun tələbinə uyğun şəkildə baxılacaq”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti