Xəzər Xəbər

Qubada oğul atasını öldürüb

Region | 09:47 • 15 Fevral 2020
 Qubada oğul atasını öldürüb

Qubada oğul atasını öldürüb.


Hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.


Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (APA)

Xəbər lenti