Xəzər Xəbər

Çin daha bir ilki bacardı - 2 günə ərsəyə gətirildi VİDEO

Veb TV | 14:05 • 29 Yanvar 2020
Çin daha bir ilki bacardı - 2 günə ərsəyə gətirildi

Tarixə bəxş etdiyi elmi kəşfləri və texnoloji yenilikləri ilə lider dövlətə çevrilən Çin ötən ilin dekabrından etibarən ortaya çıxan və epidemiyaya çevrilən koronavirusla mübarizə məqsədli ilk xəstəxananı istifadəyə verib.

Huanqan şəhərində inşa edilən xəstəxananın hazırlanması 2 gün çəkib.

Min yataq potensiallı "Dabie Mountain” adlı obyekt virusun ortaya çıxdığı Vuhan şəhərindən 75 km məsafədə yerləşir. Artıq xəstəxanaya virusa yoluxanların yerləşdirilməsinə start verilib.

7,5 milyon əhalinin yaşadığı Huanqan isə Vuhandan sonra virusun ən çox rast gəlindiyi yaşayış məskənidir.

Çin hökuməti Vuhanda 2, Zenzouda isə 12 xəstəxananın inşasını davam etdirir./publika.az

Xəbər lenti