Xəzər Xəbər

İrandan ABŞ-a və İsrailə ŞOK: Tabutları üst-üstə qoyub nümayiş etdirdilər

Dünya | 10:13 • 27 Yanvar 2020
İrandan ABŞ-a və İsrailə ŞOK:

Tehranda keçmiş ABŞ səfirliyinin yerləşdiyi binanın həyətində diqqətçəkən mənzərə müşahidə edilib.

Ərazidə ABŞ və İsrail hərbçilərinin tabutlarının yer aldığı simvolik məzarlıq qurulub. ABŞ və İsrail bayraqlarına bükülən simvolik tabutların yanında bəzi xristian simvolları da yer alıb.

Qeyd edək ki, iranlı general Qasım Süleymaninin Bağdadda ABŞ ordusu tərəfindən öldürülməsindən sonra Tehran cavab addımları atıb. ABŞ-ın İraqdakı hərbi bazalarının bombalanması nəticəsində İran 80 amerikalı hərbçinin həlak olduğunu irəli sürsə də, "Ağ ev” iddiaları təkzib edib./publika.az

Xəbər lenti

Çox oxunanlar