Xəzər Xəbər

İt dişləyən uşağın ölüm səbəbi AÇIQLANDI: dəfələrlə valideynlərinə... - ŞOK FAKT

Hadisə | 11:37 • 26 Yanvar 2020
İt dişləyən uşağın ölüm səbəbi AÇIQLANDI:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı açıqlama verib.

XəzərXəbər-ə Qurumdan bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad dekabr ayının 29-u saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:

"Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə yaşayış üzrə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər".

Qeyd edək ki, Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Rubrikanın digər xəbərləri

Qaxda ağır qəzada iki qardaş
Qaxda ağır qəzada iki qardaş xəsarət alıb
12:51
Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti