Xəzər Xəbər

Türkiyədən qorxulu GÖRÜNTÜLƏR GƏLİR İnsanlar dəhşət içində - VİDEO

Veb TV | 15:36 • 24 Yanvar 2020
Türkiyədən qorxulu GÖRÜNTÜLƏR GƏLİR

Türkiyədə baş verən silsilə yeraltı təkanlar insanlar arasında ciddi həyəcan yaradıb.

Yerli mənbələr xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, insanlar parklarda gecələyir. Sakinlər arasında bölgədə güclü zəlzələnin baş verəcəyi barədə iddialar var. Məlumata görə, yerli mütəxəssislər açıqlamalarında silsilə yeraltı təkanların bölgədə güclü zəlzələyə səbəb olacağını irəli sürüb.

Xatırladaq ki, ötən axşam Manisa vilayətində rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. Ardınca bölgədə 4,4 bal və 3,3 bal gücündə daha iki zəlzələ baş verib. Bu gün səhər saatlarında da Türkiyənin müxtəlif bölgələrində yeraltı təkanlar qeydə alınıb. Ümumilikdə son 24 saat ərzində 212 avterşok olub. Bir neçə tikili dağılıb. Yaralılar var./publika.az

Xəbər lenti