Xəzər Xəbər

Müsəlman ölkəsində DƏHŞƏT: 600 gənc qətlə yetirildi

Dünya | 14:57 • 23 Yanvar 2020
Müsəlman ölkəsində DƏHŞƏT:

İraqda 3 aydır ki, hökumətə qarşı baş qaldıran etiraz aksiyalarında 600 insan həlak olub.

Bu barədə İraq Prezidenti Bəhram Salehi danışıb.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Prezident etiraz aksiyalarında iştirak edənlərə təzyiq göstərənləri "qanuntanımaz insanlar" adlandırıb.

O, iraqlı gənclərin daha yaxşı həyat, iş imkanları, xidmət sektorunun yaxşılaşdırılması və uzun müddətdir ki, ölkəni iflic edən korrupsiyanın sona çatması üçün aksiya təşkil etdiyini bildirib.

Etirazçıların kollektiv şəxsiyyətlərini əks etdirən, itirdikləri qürurlarını yenidən qazandıracaq demokratik siyasi hökumət və şəffaf seçki istədiklərini vurğulayan Saleh növbədənkənar seçkilərin xalqın aksiyalarını başa çatdırmaq üçün kifayət edəcəyini ifadə edib.

Qeyd edək ki, İraqda 1 oktyabr 2019-cu ildən bəri korrupsiya, infrastrukturun çatışmazlığı, işsizlik və ölkənin daxili məsələlərinə xarici müdaxilələr kimi müxtəlif səbəblərdən hökumətə qarşı aksiyalar təşkil olunur.

Baş nazir Adil Əbdülmehdi 29 noyabrda istefa versə də, ölkədə yeni hökumət hələ ki, qurulmayıb.

publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti