Xəzər Xəbər

Tanınmış həkimdən VACİB MƏSLƏHƏT: Əgər sidiyin rəngi şəffafdırsa...

Cəmiyyət | 11:48 • 19 Yanvar 2020
Tanınmış həkimdən VACİB MƏSLƏHƏT:

"Arıqlamaq üçün həddən artıq su içmək bədən üçün ciddi stressdir”.

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Mütəxəssis suyun bədənə təsirləri barədə vacib faktları açıqlayıb.

O, son illərdə arıqlamaq üçün hər kəsə gündə 2 litr su içməyi təklif edən dietoloqların tövsiyələrinə aydınlıq gətirib: "Bildiyiniz kimi, susuzluq hissiyyatı bizim sensorlarımızdan biridir. Beynimizdə susuzluq mərkəzimiz var. Əgər bizə su lazımdırsa, susuzluq hiss edəcəyik. Əgər bədənin su ehtiyatı tükənməyibsə, su içirsinizsə, özünüzə zərər edirsiniz.

Sidiyin rəngi tam su rəngində (rəngsiz) olana qədər su içirsinizsə, bilin ki, normal sidiyin rəngi saman sarısı rəngində olmalıdır. Sidiyin öz rəngi var. Əgər heç bir piqmentsiz, tam su kimi şəffaf sidik ifraz edirsinizsə, bu yaxşı əlamət deyil, dozanı aşdığınızı göstərir.

Yorğunluğunuzun səbəbi də çox su içmək, qanda elektrolitləri durulaşdıraraq konsentrasiyasını aşağı salmanız ola bilər. Elektrolitlərin belə durulaşması əzələ qıcolmalarına və ürəkdə aritmiyalara, diarreyaya səbəb olacaq.

Normada insan 6-8 dəfə sidiyə getməlidir. Əgər siz tez-tez sidiyə gedirsinizsə, hətta gecə saatlarında sidik kisəsi dolduğu üçün yuxudan ayılırsınızsa, demək ki, bədəndə lazım olduğundan daha çox maye toplanıb. Düzdür, bunlar böyrək xəstəlikləri, bir sıra dərmanlarla da əlaqəli ola bilər. Amma sağlamsınızsa və heç bir dərman qəbul etmisinizsə, suyun dozasını qaçırtmısınız.

Kimin nə qədər su içməsi barədə düstur var. Lakin onu da qeyd edim ki, gün ərzində 8-10 stəkan (400 ml) içmək kifayətdir”.

Publika.az

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti