Xəzər Xəbər

Türkiyə müsəlman ölkəsinə muzdlu silahlılar yeritdi Böyük müharibə hər an BAŞLAYA BİLƏR

Dünya | 10:05 • 16 Yanvar 2020
Türkiyə müsəlman ölkəsinə muzdlu silahlılar yeritdi

Türkiyənin nəzarətindəki 2 min suriyalı döyüşçü Liviyaya göndərilib.

BBC xəbər verir ki, Böyük Britaniyanın "Guardian” qəzeti belə iddia yayıb. İddialara görə, muzdlu silahlılar Türkiyə marşrutu ilə Liviyaya göndərilib. Məlumata görə, Suriyada 500 lirə qarşılığında döyüşən silahlılar, Liviyada təqribən 2 min lirə alacaq.

Xəbərdə qeyd olunur ki, muzdlu döyüşçülərin məvacibini Türkiyə deyil, Liviyanın Milli Birlik Hökuməti ödəyəcək. Bundan əlavə, suriyalı silahlılara Liviyada döyüşmək qarşılığında Türkiyə vətəndaşlığı da vəd olunub.

Qeyd edək ki, Liviyada general Xəlifə Haftarın rəhbərlik etdiyi hökumət atəşkəsin başa çatdığını bəyan edib. General, Tripoli ətrafına böyük qüvvə toplayıb. Bölgədə hər an şiddətli döyüşlər başlaya bilər./publika.az

Xəbər lenti