Xəzər Xəbər

Azərbaycanda dəhşətli hadisə Qadın özünü qatarın altına atdı

Hadisə | 13:33 • 13 Dekabr 2019
Azərbaycanda dəhşətli hadisə

Dekabrın 12-si saat 19:20-də dəmir yolunun Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XəzərXəbər "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova dəmir yolunun Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb.

Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Qaxda ağır qəzada iki qardaş
Qaxda ağır qəzada iki qardaş xəsarət alıb
12:51
Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti