Xəzər Xəbər

Nəsimiyə Azərbaycan pasportu verək Allahşükür Paşazadə

Gündəm | 14:18 • 5 Dekabr 2019
Nəsimiyə Azərbaycan pasportu verək

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

XəzərXəbər xəbər verir ki, tədbir Qurani-Kərimin oxunması ilə başlayıb.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edib:

"Nəsimi ili”nin elan edilməsi Azərbaycan xalqının milli-mənəviyyatına verilən bir qiymətdir. Nəsimi böyük şəxsiyyətdir, əhli-beyt şairidir. O dövrdə onun əzab çəkməsi, şəhid olmasına gətirib çıxaran məsələlərdən biri də məzhəblərin qarşı-qarşıya olmasıdır. Amma Nəsimi hər zaman Allah aşiqi olub. Hələ sovet dövründə ümumilli lider Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət elədi. O gündən Nəsimiyə verilən qiymət dəyişdi. Deyərdim ki, "Nəsimi ili”nin keçirilməsi üçün nə imkan vardısa, Heydər Əliyev onu sovet dövründə elədi. Nəsimi də sovet pasportu aldı. Mən buna da heyfslənmirəm. O dövrdə Nəsimi haqqında yazılan kitabların məğzinə baxanda onu allahsızlığa tərəf sürükləmək, bununla onu müasirləşdirmək istəyirdilər. Amma bu, Nəsiminin düşüncəsinə kölgə salmaq idi. Allaha şükür ki, cənab İlham Əliyev "Nəsimi İli” haqqında fərman verdi. Həqiqətən onun haqqında çox işlər görüldü. Mən iki dövrün - həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görəm. Bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm. Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi. Vüsal müəllimin Nəsimi haqda kitabını oxudum, amma onun fikirləri ilə tam razı deyiləm.

Xəbər lenti