Xəzər Xəbər

Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu, gizli ev tutub yaşadılar, sonra... - ŞOK HADİSƏ

Hadisə | 10:58 • 19 Noyabr 2019
Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu,

Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.

24 yaşlı Mahmudova Afərim Vidadi qızının boğazını kəsərək öldürən 1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu onun xalası oğlu olub.

Belə ki, bir neçə ay əvvəl həyat yoldaşından ayrılan Afərim Gəncədən Bakıya köçüb və xalası oğlu ilə Zabratda kirayə ev tutaraq qeyri-rəsmi nikah münasibətində yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən və həftədə 2 dəfə Bakıdan rayona dərs deməyə gedən Dönməz də ailəsini Gəncədə qoyaraq Bakıda yaşayırmış.

D.Cəmşidzadə ilkin ifadəsində bildirib ki, A.Mahmudova ondan tez-tez Gəncəyə gedərək həyat yoldaşından rəsmən boşanmasını tələb edirmiş. Gecə saatlarında aralarında baş verən münaqişə zamanı o, əsəblərinə hakim ola bilməyib və bıçaqla xalası qızının boğazını kəsib.

25 yaşlı qızı öldürən şəxs daha sonra Gəncəyə gedib və ailəsi ilə görüşüb. O, törətdiyi əməllə bağlı atasına danışıb və atasının iştirakı ilə polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir./publika.az

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti