Xəzər Xəbər

Doqquz yaşlı universitet məzunu Öz rekordunu təkrarladı

Maraqlı | 10:12 • 14 Noyabr 2019
Doqquz yaşlı universitet məzunu

Laurent Simons adlı vunderkind 9 yaşında elektrotexnik ixtisası üzrə universitet məzunu olmağa hazırlaşır. Laurent maraqlı göstəriciləri ilə diqqəti cəlb edir. Belə ki, o, 6 yaşında ibtidai sinfi, 8 yaşında isə tam orta məktəbi bitirərək 2018-ci ilin yayında Eindhoven Texniki Universitetinin tələbəsi adına layiq görülüb.

Almaniyanın "Bild" saytı xəbər verir ki, Laurent öz yaşına görə təhsil istiqaməti üzrə rekordları təzələyib və onun İQ (intellekt səviyyəsi) göstəricisi minimum 145 rəqəmi ilə qiymətləndirilib. Hətta onun İQ göstəriciləri 76 rəqəmi ilə qiymətləndirilən astrofizik Stefan Havkin və Nobel mükafatçısı Albert Eynsteynlə müqayisə edilir. Laurentin elmi rəhbəri, professor Peter Baltus bildirir ki, universitetin ondan gözləntiləri çox yüksəkdir. Laurent dərs materiallarını evə apararaq heç bir dəstək almadan ən qısa vaxtda hazırlayıb təhvil verir. Bu, çox heyrətamizdir.

Laurent hazırda beyin hüceyrələrinin reaksiyasının ölçülməsi məqsədilə hazırlanan mikrocip üzərində çalışır və bu sahədə araşdırmasını davam etdirmək istəyir. O deyir: "Mən elə bir şey yaratmaq istəyirəm ki, insanın ömrünü uzada bilsin”. Bu hər hansısa süni orqan da ola bilər. Laurent doktorluq elmi dərəcəsini əldə etməyi planlaşdırır və hazırda onun üçün doktorantura proqramı müəyyənləşdirilir. Onun bundan sonrakı araşdırmasını ABŞ və ya Almaniyada davam etdirməsi gözlənilir. (Azərtac)

Xəbər lenti