Xəzər Xəbər

Komitə sədri: “Gələn il pensiya və maaşlar artacaq”

Gündəm | 14:23 • 13 Noyabr 2019
Komitə sədri:

Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Qeyd edək ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsinin gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 17 faiz, yəni 697,4 milyon manat artım deməkdir. Həmçinin gələn il 64 min yeni iş yerinin açılması gözlənilir.

Komitə sədri Hadı Rəcəbli qeyd edib ki, rəqəmlər deməyə əsas verir ki, gələn il də pensiya və əmək haqlarında artım olacaq.

Xəbər lenti