Xəzər Xəbər

Bakıda daha bir yol yenidən qurulur - VİDEO

Veb TV | 19:02 • 10 Noyabr 2019
Bakıda daha bir yol yenidən qurulur -

Bakıda daha bir əhəmiyyətli yol yenidən qurulur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Badamdar qəsəbəsi ilə parlament prospektini birləşdirən yoldan gedir. Uzun müddətdir istismar olunan yol yararsız hala düşüb. Yolda qabarmalar və çökmələr yaranıb.Yoldakı problemlərdən piyadalar da əziyyət çəkirdi. Aparılan təmir işləri çərçivəsində sadalanan problemlərin aradan qaldırılmasına başlanılıb.

Aparılan təmir işləri ilə bağlı bu gündən yolda sürücülərin hərəkəti tam məhdudlaşdırılıb. 3 və 31 saylı avtobusların hərəkət marşurutu dəyişdirilib. Hazırda yağış və kanalizasiya sularının axıdılması üçün yeni sistem yaradılır.

Qeyd edək ki, yolda avtomobillərin hərəkətinə məhduduiyyət bir neçə gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti