Xəzər Xəbər

Nyu-York-Bakı reysi ilə uçan təyyarə Gəncənin hava limanına eniş edib

İqtisadiyyat | 10:54 • 10 Noyabr 2019
Nyu-York-Bakı reysi ilə uçan təyyarə Gəncənin hava limanına eniş edib

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.


AZAL-dan bildiriblər ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib. Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar.


Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub. Saat 10-37-də təyyarə Bakıya enib.


Qeyd edək ki, güclü duman, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.

Xəbər lenti