Xəzər Xəbər

Gələn həftə 5 gün dərs olmayacaq

Cəmiyyət | 15:23 • 8 Noyabr 2019
Gələn həftə 5 gün dərs olmayacaq

Noyabrın 16-dan etibarən 2019-20120-ci dərs ilinin ilk - payız tətili başlayır.

XəzərXəbər xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.

Qeyd edək ki, tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə şagirdlər dərsə getməyəcəklər.

Xəbər lenti