Xəzər Xəbər

SON DƏQİQƏ: nazir müharibənin başlayacağı tarixi açıqladı, 2 GÜN SONRA...

Dünya | 10:08 • 21 Oktyabr 2019
SON DƏQİQƏ:

PKK terror təşkilatı və dəstəkçilərinə Türkiyə sərhədindən 30-35 km cənuba geri çəkilmələri üçün verilən 120 saatlıq müddət sabah axşam saat 22:00-da başa çatacaq.

"Sülh çeşməsi” hərəkatına bu məqsədlə verilən 5 günlük fasilə müddətində PKK/YPG-nin ən ciddi çəkilmə əlaməti ötən gün gerçəkləşib. 765 terrorçunun zərərsizləşdirildiyi, yüzlərlə terrorçunun yaralandığı və qaçdığı təşkilat ilk olaraq yaralıların təxliyəsi üçün Ras əl Eynə 39 avtomobildən ibarət təcili yardım konvoyu aparıb. Türkiyə Silahlı Qüvvələrinin nəzarəti ilə keçən avtomobillər yaralıları Təl Əmir bölgəsinə aparıb.

Nazir açıqladı

Milli Müdafiə naziri Hulusi Akar hərəkatla bağlı açıqlamasında türk ordusunun çəkilmə prosesini yaxından izlədiyini deyib: "Proses ABŞ-la birlikdə izlənir. Ras əl Eyndən təşkilata aid 125 avtomobil çıxıb. Proses üçün verilən müddətin başa çatmasına az qalıb”.

Təhlükəsizlik qaynaqları Ras əl Eyn mahal mərkəzindən PKK-çıların yalnız yarısının çəkildiyini bildirib. Şəhərdə minə yaxın terrorçunun olduğu ehtimal olunur.

Buna baxmayaraq, PKK Təl Abyaddan çıxmaq haqqında düşünmür. Ötən gün təhlükəsizlik qüvvələrinə 22 dəfə hücum edən terrorçular "Mehmetçik”ə tank əleyhinə və uzunlüləli silahlarla atəş açıb. Hücum zamanı 1 türk əsgəri şəhid olub, 1-i yaralanıb. Terrorçular Təl Abyadın qərbinə sığınmağa çalışır.

Pentaqon da çıxır

ABŞ prezidenti Donald Trampın qərar verməsindən sonra ABŞ-ın Suriyadakı əsgərləri çəkilmə prosesini davam etdirir. Bu çərçivədə artıq Eyn İsa şəhərindəki "La Farge” fabriki, Hesekedəki Təl Bəydar bazası, Eyn əl-Ərəb və Münbiçdəki Dadat düşərgəsi boşaldılıb. Ötən gün də Münbiçin cənub-qərbindəki Səidiyyə düşərgəsi boşaldılıb. Pentaqonun Suriyanı tərk etdikdən sonrakı yeganə ünvanı İraqdır. ABŞ Milli Müdafiə naziri Mark Epser Trampın qərarı ilə Suriydan çəkilən minə yaxın əsgərin İraqın qərbinə gedəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" anti-terror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib./publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti