Xəzər Xəbər

Kür çayında boğulmaq təhlükəsi ilə üzləşən qızı qayıqçı xilas edib - VİDEO

Veb TV | 18:41 • 19 Oktyabr 2019
Kür çayında boğulmaq təhlükəsi ilə üzləşən qızı qayıqçı xilas edib -

Mingəçevir şəhərində çayda boğulmaq təhlükəsi ilə üzləşən qızı qayıqçı xilas edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün Kür çayının Mingəçevirdən keçən hissəsində baş verib.

18 yaşlı Gülüstan Qasımova ehtiyatsızlıqdan suya düşüb. Çayda matorlu qayıq sürən 34 yaşlı Xəyal Ağayev də səs-küy eşidib və bir nəfərin suda boğulduğunu görüb. O, dərhal özünü suya atıb və qızı ölümdən xilas edib.

Bir ilə yaxındır ki, qayıqçılıq edən Xəyal Ağayev ilk dəfədir belə halla qarşılaşdığını deyir. O, gənc qızı xilas etdikdən sonra ona qayıqda ilkin tibb yardım göstərib. Daha sonra isə sahilə çıxararaq təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

Mingəçevir şəhər xəstəxanasına yerləşdirlən qızın vəziyyəti kafidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti