Xəzər Xəbər

Şok açıqlama: “Təsiri ciddi olacaq” – Trampın qorxunc Türkiyə planı

Dünya | 15:11 • 14 Oktyabr 2019
Şok açıqlama: “Təsiri ciddi olacaq”

"ABŞ prezidenti ilə birlikdə Türkiyəyə İrandan da güclü sanksiyalar tətbiq etmək üçün çalışırıq”.

Bunu amerikalı konqresmen Qraham Lindsey deyib.

Respublikaçı senator Türkiyənin Suriya əməliyyatları ilə bağlı açıqlama yayıb:

"Türkiyənin suriyalı kürdlərə hücuma görə hesab verəcəyi gün yaxınlaşır. Konqresdə prezidentlə birlikdə İran sanksiyalarından bu yana ən ciddi təsir yaradacaq sanksiyaların tətbiqi üçün çalışırıq.

Türkiyənin Suriyadakı pis macərasının qarşısı alınmasa, bölgədə vəziyyət ABŞ-ın əleyhinə dəyişəcək”.

Xəbər lenti