Xəzər Xəbər

Əməliyyatların 6-cı günündə şok görüntülər yayıldı - Ərdoğan yeni tapşırıq verdi - VİDEO

Veb TV | 13:51 • 14 Oktyabr 2019
Əməliyyatların 6-cı günündə şok görüntülər yayıldı -

Yerli vaxtla saat 11.10 etibarilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Sülh çeşməsi” hərəkatı çərçivəsində Fərat çayının şərqindəki təhlükəsiz bölgənin yaradılması üçün Rəsulayn və Təl Abyadda nəzaratin ələ keçirilməsindən sonra növbəti hədəfin Eynələrəb bölgəsi olduğunu açıqlayıb.

Ərdoğanın açıqlamasından sonra Fəratın qərbindəki Qaziantepin Qarqamış və Suriyanın Cerablus şəhərindəki Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu hazırlıqlara başlayıb.

Qarqamış Gömrük Qapısından yük maşınları ilə keçirilən avtomobil və sursatlar təhlükəsiz bölgədə hazır formada gözləyir. Hazırlıqları tamamlayan qoşunlar prezident Ərdoğanın təlimatını gözləyir.

***

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fəratın şərqini terrorçulardan təmizləmək məqsədi ilə təşkil edilən "Sülh çeşməsi” hərəkatı 6-cı günündə davam edir.

Tuneldən silah-sursatları avtomobilə yükləyən YPG terrorçuları Pilotsuz Uçuş Aparatları ilə təsbit edilib və Hərbi Hava Qüvvələri tərəfindən göyə uçurdulub.

Türkiyə Milli Müdafiə Nazirliyi olayın görüntülərini sosial media hesablarından yayımlayıb.

publika.az

Xəbər lenti