Xəzər Xəbər

Daha bir neçə ölkə Türk Şurasına qoşulmaq istəyir - VİDEO

Veb TV | 18:47 • 13 Oktyabr 2019
Daha bir neçə ölkə Türk Şurasına qoşulmaq istəyir  -

Bir sıra ölkələr Türk Şurasına qoşulmaq istəyir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyasının iclasında iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Azad Rəhimov Türk Şurasına daxil olan ölkələrin gəncləri arasında münasibətlərin sıxlaşmasının önəmindən danışıb.

Tədbirdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev çıxışında deyib ki, zirvə öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib, fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolları müzakirə ediblər. Bir sözlə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır.

Çıxışlardan sonra tədbir Gənclər təşkilatlarının müzakirələri ilə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti