Xəzər Xəbər

Daha yaxşı foto çəkmək üçün izləyin! VİDEO

Veb TV | 20:45 • 22 Sentyabr 2019
Daha yaxşı foto çəkmək üçün izləyin!

Fotoqrafiya Azərbaycanda son illər ən populyar sahələrdən biri hesab edilir. Günümüzdə ən çox yayılan toy fotoqrafiyası olsa da, fotoya incəsənət kimi yanaşanlar da az deyil.

25 ildən çoxdur fotoqrafiya ilə məşğul olan foto təlimçi Ceyhun Abdulla deyir ki, yaxşı foto çəkmək üçün adi telefon belə kifayətdir. Sadəcə kadrı görmək və mütəmadi müşahidə etmək lazımdır.

Günümüzdə ən çox istifadə edilən selfie fotolarını da ərsəyə gətirmək üçün bir sıra məqamlara diqqət etmək lazımdır.

Ceyhun Abdulla deyir ki, hazırda fotoqrafiyada yeni bir dövr başlayır. Robot fotoqraflar günümüzdə fotoqrafiyaya olan ehiyatcı tam qarşılayı biləcək.

Foto təlimçi Ceyhun Abdullanın sözlərinə görə, yaxşı foto çəkmək üçün mütləq öz üzərində daim işləmək və hər bir detala kadr kimi baxmaq lazımdır.

Xəbər lenti