Xəzər Xəbər

Hava kəskin dəyişir - YAĞIŞ, DOLU, QAR GƏLİR VİDEO

Veb TV | 19:51 • 20 Sentyabr 2019
Hava kəskin dəyişir - YAĞIŞ, DOLU, QAR GƏLİR

Payızın gəlməsinə 2 gün qalmasa baxmayaraq hidrometroloqlar indidən xəbərdarlıqedib.Sabahdan havanın temperaturu kəskin aşağı düşəcək.Bununla yanaşı,yağış və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin praqnozlar bürosunun direkrotu Gülşad Məmmədovanın sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Güclü küləyin və yağışın 22-i səhər saatlarınadək davam edəcəyi gözlənilir...

Sabahdan şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Xəbər lenti