Xəzər Xəbər

Putin Türkiyədə "Quran"dan sitat gətirərək müsəlmanlara MESAJ GÖNDƏRDİ - VİDEO

Veb TV | 14:31 • 17 Sentyabr 2019
Putin Türkiyədə "Quran"dan sitat gətirərək müsəlmanlara

Rusiya prezidenti Vladimir Putin Ankarada keçirilən Türkiyə-Rusiya-İran üçlü zirvəsindən sonra baş tutan mətbuat konfransında "Quran"dan ayə oxuyub.

Səudiyyə Ərəbistanının neft emalı zavodlarında baş verən hadisənin gündəmə gəlmədiyini, lakin Yəməndə insan dramı və fəlakətin yaşandığını söyləyən Putin "Quran"dan ayə oxuyaraq bu böhranın başa çatması ilə bağlı tövsiyə verib.

"Böhranın həlli üçün bütün tərəflərin iştirakı ilə yol tapmaq lazımdır. Müsəlman ölkə olan Türkiyədə ikən Qurandan misal çəkmək istəyirəm: Allahın sözlərini xatırlayın. Siz düşmən idiniz, amma Allah sizin könüllərinizi barışdırdı və sizi dost etdi. Sizi bölən mövzular arxa planda olmalıdır. Mənəvi yaxınlıq ön plana çıxmalıdır. Zorakılığın qəbuledilməzliyi məsələsində "Quran"da da sözlər var”.

Putin Səudiyyə Ərəbistanına təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyadan hava hücumundan müdafiə sistemi almasını məsləhət görüb: "Səudiyyə Ərəbistanının özünü qoruması üçün lazımi tədbirləri görməyə hazırıq. İran S-300 aldı, Türkiyə S-400 aldı, Səudiyyə Ərəbistanı da bənzər addımla öz təhlükəsizliyini təmin edə bilər”.

publika.az

Xəbər lenti