Xəzər Xəbər

Sensasion razılaşma: Rusiya və Belarus birləşir – Təfərrüat

Dünya | 15:16 • 16 Sentyabr 2019
Sensasion razılaşma:

Rusiya və Belarusun baş nazirləri Dmitri Medvedyev və Sergey Rumas "Birlik Dövlətinin yaradılması haqqında sazişin müddəalarını həyata keçirmək üçün Belarus və Rusiya Federasiyasının Fəaliyyət Proqramı” layihəsinə kiçik dəyişikliklərin edilməsi haqda razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kommersant” Rusiya hökumətindəki mənbələrə istinadən yazıb.

Sənəddə deyilir ki, Rusiya iqtisadiyyatı, demək olar ki, tamamilə idarəetmə səviyyəsində Belarus iqtisadiyyatı tərəfindən mənimsənilir. Layihə ödəmə sistemlərinin birliyini nəzərdə tutsa da, vahid valyutadan bəhs edilmir.

Bundan əlavə, 2021-ci il aprelin 1-dək ölkələr gömrük və enerji siyasətini birləşdirmək, dövlət satınalmalarına vahid giriş tətbiq etmək üçün vahid Vergi Məcəlləsini qəbul etmək niyyətindədir. 1 iyun 2020-ci ildən etibarən Rusiya və Belarus rouminqi qarşılıqlı olaraq ləğv etməyi planlaşdırır.

"Fəaliyyət Proqramı” müdafiə, məhkəmə, təhsil, səhiyyə, elm, dövlət təhlükəsizliyi və dövlət idarəçiliyi, habelə hüquq-mühafizə sahələrinə təsir göstərmir.

Xatırladaq ki, ölkənin Birlik Dövlətinin yaradılması haqqında saziş 1999-cu ildə yenidən imzalanıb. Sənəd iki ölkənin siyasi, iqtisadi, hərbi, pul, mədəniyyət və digər sahələrdə sıx inteqrasiyasını nəzərdə tutur.

2019-cu ilin aprelində Rusiya Belarusa Birlik Dövləti daxilində daha da inteqrasiya üçün təkliflər təqdim etsə də, bunun detalları açıqlanmayıb.

Xəbər lenti