Xəzər Xəbər

Dəhşətli müharibəyə GÜNLƏR QALDI: 80 minlik qüvvə... - Sərhəd xəttindən ŞOK GÖRÜNTÜLƏR GƏLDİ

Dünya | 10:13 • 14 Sentyabr 2019
Dəhşətli müharibəyə GÜNLƏR QALDI:

ABŞ Türkiyə ilə Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması işlərinə davam etdiyi bir vaxtda, PKK/YPG/SDG terrorçularına yardımlarını davam etdirir.

ABŞ terror təşkilatının nəzarətində olan bölgəyə təxminən 200 nəqliyyat vasitəsindən ibarət konvoy göndərib.

Konvoy Suriyanın Qamışlı şəhəri üzərindən keçərək terror təşkilatının nəzarətində olan bölgəyə keçib. Mardin vilayətinin Nusaybin mahalından görüntülənən konvoyda yük avtomobilləri, mikroavtobuslar, zirehli maşınlar, generatorlar və yanacaq doldurma maşınlarının olduğu görünür. Digər tərəfdən, Qamışlıda YPG terrorçuları ağır texnika ilə xəndək qazmağa davam edirlər. Terrorçuların sərhəd xəttində ağır silahlarla çalışmaları da Nusaybindən asanlıqla görmək olur.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz zonanın yaradılması üçün ABŞ-a sentyabrın sonuna kimi vaxt verib.

"ABŞ terror təşkilatı üçün təhlükəsiz zona yaratmağa çalışır. Sentyabr ayı bitmədən təhlükəsiz bölgə yaradılmazsa, öz yolumuzla gedəcəyik. Anlaşılan odur ki, müttəfiqimiz bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz zona yaratmaq istəyir. Belə bir anlayışı rədd edirik. Heç kim günahsız insanları terror təşkilatlarının və ya qəddar rejim qüvvələrinin təhdidi altında yaşamağa məcbur edə bilməz. Nə Fərat çayının şərqində, nə də İdlibdə belə bir insanlıqdan kənar vəziyyətə yol verməyəcəyik”, - prezident sentyabrın 8-də Malatyada kütləvi açılış mərasimində bildirmişdi.

Göstərilən tarixə kimi Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldıracaq təhlükəsiz zonanın qurulmayacağı halda, "B planı” olaraq hərbi variantının masada olduğu ifadə edilir. Bu çərçivədə, bütün hazırlıqlarını tamamlayan Türkiyə Silahlı Qüvvələri (TSK) sərhəd xəttində gözləyir. Təxminən 80 min "Mehmetçik” mümkün bir hərbi əməliyyat üçün əmr gözləyir.

Ərdoğanın "Röyters” agentliyinə ötən gün verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də bu konteksdə diqqət çəkir.

"Təəssüf ki, təhlükəsiz bölgə anlayışı gözləntilərimizə cavab vermir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq”, - Ərdoğan sentyabrın sonunda hərbi variantın real olduğunu növbəti dəfə dilə gətirib.

Ekspertlərin xəbərdarlığı isə Türkiyə ordusunun Amerika əsgəri ilə mümkün toqquşması ilə bağlıdır. Hərbi əməliyyatın ABŞ-la koordinasiya edilmədən keçirilməsinin belə bir toqquşma ehtimalını artırdığı bildirilir. Bununla belə, Ərdoğanın sentyabrın sonunda ABŞ-a səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşündən sonra prosesin hansı istiqamətdə gedəcəyi böyük ölçüdə dəqiqliq qazana bilər./publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti