Xəzər Xəbər

Şəki və Oğuzda meşə yanğınları davam edir - VİDEO

Veb TV | 20:44 • 25 Avqust 2019
Şəki və Oğuzda meşə yanğınları davam edir -

Şəki və Oğuzda meşə yanğınları davam edir. Bütün yol kənarını alov öz ağuşuna alıb.

Xezerxeber.az-ın məlumatına görə, Şəkidə güclü yanğınlar bu gün rayonun şimal hissəsində yerləşən kəndlərdə baş verib. Küləyin təsiri ilə qısa müddətdə geniş ərazini əhatə edən yanğın Şin çayının sol sahilindən başlayaraq Aşağı Göynük, Baş Laysqi və Cunut kəndi ərazisinə yayılıb.

Hadisə ilə əlaqədar əraziyə Şəki və Qax rayonlarının yanğınsondürən texnikaları və canlı qüvvələri cəlb edilib.Ən təhlükəli anlar Cunut kəndində yaşanıb. Hətta bəzi sakinlər evlərdən çıxarılaraq təxliyyə edilib. Küləyin əsməsi isə vəziyyəti daha da çətinləşdirib.

İlkin məlumata əsasən, yanğın 250 hektardan cox sahəni əhatə edib. FHN Şəki bolməsinin yanğınsöndürənləri ərazini nəzarətdə saxlayır.

Oğuz rayonunda isə dağlıq ərazidə yanğın baş verib.Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın başlayıb. Sakinlərin sözlərinə görə, yanğın Xaçmaz və Baş Daşağıl kəndlərinin dağlıq ərazisinə yayılıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və aviasiya dəstəsinin "BE 200 ÇS" tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti