"Barselona"ya dönüşü müzakirə olunan Neymar "Real"ın da maraq dairəsindədi.
"L'Equipe" nəşri "Kral Klubu"nun braziliyalı ulduz üçün etdiyi təklifi açıqlayıb. İddia olunub ki, ispanlar Neymra üçün PSJ-yə 100 milyon avro ilə yanaşı, 3 futbolçu Keylor Navas, Qaret Beyl və Xames Rodrigesi təklif edib. Amma Fransa klubu bu təklifi də qəbul etməyib.
Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub. Onun klubla 2022-ci ilədək müqaviləsi var.
Fanat.Az