Xəzər Xəbər

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Region | 11:29 • 17 Avqust 2019
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb.


"Qafqazinfo”nun verdiyi xəbərə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub.


S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti