Xəzər Xəbər

Sərhəd qoşunları Qazaxda irəlilədi - Tutulmuş yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsi yaradılıb

Gündəm | 12:38 • 14 Avqust 2019
Sərhəd qoşunları Qazaxda irəlilədi -

Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan sərhəddində, Qazax rayonunda yerləşən Babakər dağı istiqamətində mövqelərini möhkəmləndirib.

Xezerxeber.az-ın məlumatına görə, 700 metr yüksəklikdə olan bu dağ zirvəsi ərazidəki ən strateji yüksəklik hesab olunur. Bu yüksəklik düşmənin bir çox ərazi və infrastrukturlarına nəzarət etməklə yanaşı, Azərbaycan tərəfinin də yaşayış məntəqlərinin, habelə infrastuktur obyektlərinin etibarlı mühafizəsi üçün əhəmiyyətlidir.

Qeyd edək ki, Babakər dağının zirvəsi əvvəllər də Azərbaycan Ordusunun nəzarətində olub, amma düşmən müxtəlif yollarla orada möhkəmlənməyə maneələr törədirdi. Hazırda 700 metr yüksəklikdəki strateji Babakər dağ silsiləsinin zirvəsindən çox uzaqlıqda yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə sərhədçilərimiz tərəfindən yeni mövqelər yaradılıb. Bəzi istiqamətlərdə mövqelərimiz daha da irəli çəkilib. Tutulmuş yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsi yaradılıb.

Xəbər lenti