Xəzər Xəbər

Sosial şəbəkələr üzərindən silah satılır - VİDEO

Veb TV | 19:10 • 21 İyul 2019
Sosial şəbəkələr üzərindən silah satılır -

Sosial şəbəkələr üzərindən silah satılır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı elanlar var.

Məsələn, əlaqə nömrəsi də qeyd olunan satıcılardan biri ''İnstagram''da dəmir korpuslu silah satması ilə bağlı elan yerləşdirib. O, silahın xüsusiyyətləri barədə bunları qeyd edib: "zədələmir, yaralamır, xəsarət yetirmir, lakin babat yandırır, göynədir".

Belə hallar vətəndaşlar tərəfindən isə narahatlıqla qarşılanır.

Vətəndaşlar son günlər sosial şəbəkələrdə dəmir korpuslu pnevmatik tapançaların satışı ilə məşğul olan səhifələrin belə xidmətlər göstərməsindən narazıdır.

Hüquqşünas Anar Ramazanov isə bildirir ki, belə tapançalar odlu və travmatik silah olmadığı üçün xəsarət yetirmə qabiliyyəti yoxdur. Amma istənilən halda belə hallar gəncləri silah almağa sövq edə bilər.

Hüquqşünas onu da qeyd edir ki, hətta oyuncaq olsa belə, bu cür alətlərin sosial şəbəkdə satılması doğru deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti