Xəzər Xəbər

III ixtisas qrupunda ən yüksək nəticə göstərdi - Səbinə Zülfiyeva imtahana planlı hazırlaşıb - VİDEO

Veb TV | 11:41 • 20 İyul 2019
III ixtisas qrupunda ən yüksək nəticə göstərdi -

Qəbul imtahanında III ixtisas qrupunda ən yüksək nəticəni Səbinə Zülfiyeva göstərib.

Xezerxeber.az-ın məlumatına görə, Səbinə Zülfiyeva imtahanda 400 bal toplayıb.

Onun sözlərinə görə, uğurunun əsas səbəbi imtahana planlı şəkildə hazırlaşması olub. Planda təsadüfən yayınma olanda isə Səbinə Zülfiyeva özünü maraqlı üsulla cəzalandırıb.

III qrup birincisi gələcək fəaliyyətini hüquqşünaslıq ixtisası üzrə davam etdirəcək.

Qrup birincisinin oxuduğu Sabunçu rayonunda yerləşən orta məktəbdəki sinif rəhbəri Pərvanə Mirzəliyeva bildirir ki, Səbinə hər zaman dərslərinə hazır gələn şagird olub.

Orta məktəb təhsilinin yarısını Şəkidə, qalan hissəsini isə paytaxt məktəbində alan Səbinə Zülfiyeva gələcək abituriyentlərə daha çox xüsusi qeydlər götürərək və əzbərləmədən hazırlaşmağı tövsiyə edir.

Qeyd edək ki, Səbinə Zülfiyevanın bacısı da ötən il ali məktəblərə qəbul imtahanlarında yüksək balla universitetə daxil olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti