Xəzər Xəbər

Yaşayış yeri üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar - XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 19:29 • 18 İyul 2019
Yaşayış yeri üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar -

Yaşadığı yer üzrə qeydiyyata düşməyənlər cərimə olunacaqlar.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər.

Qurumun Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Jalə Nəsibovanın sözlərinə görə, yaşadığı yer üzrə qeydiyyata düşənlər əsas qeydiyyatda olduğu yerdən çıxarılmadan aparılır. Məqsəd ölkədə kriminogen vəziyyətə nəzarəti gücləndirmək və vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Rayondan paytaxda və yaxud da başqa şəhər və rayona işləməyə gedib və kirayədə qalan şəxslər Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsin ''bpqmi.gov.az'' saytında, ''vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üzrə elektron müraciət'' bölməsinə daxil olamaqla müraciət edə bilərlər. Bunun üçün mütləq qaydada evi kirayə verən şəxs və ya otel rəhbəri həmin bölümdə özünə şəxsi kabinet açmalı, daha sonra onun evində qalacaq adamın şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməlidir.

Əgər vətəndaş əvvəl kirayə qaldığı evdən çıxıb başqa bir mənzilə köçərsə, orda yenidən qeydiyyata düşməlidir. Bu zaman sistemdə əvvəlki qeydiyyatdan dərhal çıxarılır. Bu qayda axtarışda olub başqa bir ünvanda özünə sığnacaq tapmaq istəyən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən daha tez saxlanılmasında da böyük rol oynayacaq.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti