Xəzər Xəbər

Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı VİDEO

Veb TV | 20:05 • 19 İyun 2019
Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı

Dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının 250 manata çatdırılması həm dövlət, həm də özəl sektorda xeyli insanın maaşlarında artımlara gətirib çıxaracaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin şöbə müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə bu məqsədlədövlət büdcəsindən əhəmiyyətli dərəcədə maliyyə vəsaiti ayrılıb.

Addımların ən önəmli istiqamətlərindən biri isə minimum pensiyanın artırılaraq 160 manatdan 200 manata çatdırılması ilə bağlı dövlət başçısının milli məclisə göndərdiyi qanun layihəsidir.

Dövlət büdcəsindən maliyyələşən qurumların əməkdaşlarının da maaşlarının artırılması bu strukturlarda çalışan yüz minlərlə insanın əməkhaqqısının artırılması deməkdir.

Ümumilikdə isə dövlət başçısının sərəncamı ilə təsdiqlənən və əməkhaqqlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan sosial paket 2 milyona yaxın insanın rifahının yaxşılaşmasına səbəb olacaq.

Xəbər lenti