Xəzər Xəbər

Bakıda daha bir su xətti partladı VİDEO

Veb TV | 19:29 • 16 İyun 2019
Bakıda daha bir su xətti partladı

Səhər saatlarında Bakının bəzi rayonlarını su ilə təmin edən Ələt-Bakı birinci kür xəttində qəza baş verib. Kəmər partlayıb və içməli su ətrafa yayılıb. Həmin xətt 50 il əvvəl istismara verildiyindən aşınmayaməruzqalıb.

Su xətti partlayıb, ətraf suyun içində qalıb.

Suyun təzyiqi həddindən artıq güclü olduğundan su bir neçə metr yuxarı qalxıb. Bir anda ərazidə fantanı xatırladan görüntü yaranıb

Kadrlar səhər saatlarında Bakı-Ələt yolunun sağ kənarında, lökbatan dairəsinin yaxınlığında çəkilib.

Səhər saatlarında Ələt-Bakı 1-ci dərəcəli kür xətti partlayıb. Nəticədə içməli su ətrafa yayılıb. Hadisədən bir müddət sonra əraziyə Bakı Su Kanal İdarəsinin qəza xidməti gəlib. Qəzanın səbəbləri araşdırılıb və təmir işlərinə başlanılıb.

Sözügedən xətlə su ilə təmin olunan ərazilərdə içməli suyun verilməsində fasilə yaranmayıb. Həmin rayon və qəsəbələrə alternative xətt vasitəsi ilə içməli su paylanılıb.

Suxətti bərpa edilərək yenidən sakinlərin istifadəsinə verilib.

Xəbər lenti