Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Bunud kəndi ərazisində 2 minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Kənd sakini, 42 yaşlı Ceyhun Vəliyev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisə zamanı 5 nəfər - Emin Xəlilov, İlkin Osmanlı, Ruslan Nəcəfzadə, Elçin Nəbiyev və Murad Abbasov müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.