Xəzər Xəbər

6000-ə yaxın köçkün ailəsi yeni evlərə köçürüləcək VİDEO

Veb TV | 18:52 • 17 Mart 2019
6000-ə yaxın köçkün ailəsi yeni evlərə köçürüləcək

Tərtərdə məcburi köçkün şəhərciyində novruz şənliyi keçirilib. Şənlikdə iştirak edənqaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsininsədri Rövşən Rzayev bildirib ki, 3700 məcburi köçkün ailəsi dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə, 2000 məcburi köçkün ailəsi isə Heydər Əliyev Fondu tərəfindən yeni tikilən evlərə köçürüləcək.

6000-ə yaxın məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininsədri Rövşən Rzayev məlumat verib.Komitə sədri Rövşən Rzayev jurnalistlərə bildirib ki, Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köçkün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.

İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.Komitə sədri həmcinin qeyd edib ki, Heydər ƏliyevFondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.

Rövşən Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.

Bu arada Rövşən rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin,Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Tərtər rayonunda Şıxarx qəsəbəsində təşkil edilən təntənəli Novruz şənliyində də iştirak edib....

Xəbər lenti