Xəzər Xəbər

3 uşağın heç biri ondan deyilmiş 21 ildən sonra bildi

Hadisə | 13:31 • 17 Dekabr 2018
3 uşağın heç biri ondan deyilmiş

Uşaqların 10, 11 və 20 yaşları var.

21 illik evliliyini sonlandıran adam uşaqların ondan olmadığını öyrənib.

İstanbul şəhərində yaşayan Ç.Necdet həyat yoldaşından boşanan zaman uşaqlarının onunla qalmasını istəyəndə "Niyə istəyirsən, onsuz da bu uşaqlar səndən deyil” sözlərini eşidib və şoka düşüb.

Necdet bunu sübut etmək üçün DNA testi etdirib və arvadının dedikləri düz çıxıb.

Qeyd edək ki, uşaqların 10, 11 və 20 yaşları var.

AzNews.az

Xəbər lenti