Xəzər Xəbər

Salyanda yol qəzası: ölən var

Region | 11:49 • 16 Dekabr 2018
Salyanda yol qəzası: ölən var

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hundai” markalı avtomobil qarşıda gedən "Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə "Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti