Xəzər Xəbər

"Altın Kelebek"də göz oxşadılar - Məşhurların dəb yarışı - FOTOLAR

Şou Biznes | 15:14 • 10 Dekabr 2018
"Altın Kelebek"də göz oxşadılar -
9 dekabr tarixində Türkiyənin İstanbul şəhərində 45-ci "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutdu.

BAKU.WS-in məlumatına görə, Cem Davran və Çağla Şikelin aparıcılıq etdiyi gecədə ilin ən yaxşıları məlum oldu.

Sözügedən mükafatlandırma mərasimini nahaqdan Türkiyənin "Oskar"ı adlandırmırlar. Belə ki, mükafata namizəd olan hər bir ulduz namizəd gecədə hamıdan gözəl və dəbli görünmək üçün az qala bir neçə ay əvvəldən hazırlaşır.

Mərasimdən əvvəl keçirilən qırmızı xalıya çıxan tanınmışlar bu dəfə də geyimləri ilə göz oxşadılar:

"Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib olan Xalq artisti Aygün Kazımova nın hər iki geyimini yaxın dostu - dizayner Rüfət İsmayıl hazırlamışdı.




Türkiyədə yaşayan azərbaycanlı əsilli aktrisa Nəsrin Cavadzadə fotoqrafların diqqətini yenidən özünə cəlb etdi - gözəl qırmızı xalıda dərin dekolteli libasda görüntüləndi.


Mükafatlandırma mərasiminin açılışını edən gecənin əsas ulduzu Neslihan Atagül Doğulu qırmızı xalıya qızılı rəngli libasda göz oxşadı.


Türkiyənin tanınmış modeli Çağla Şikel isə həm qırmızı xalıda görüntüləndi, həm də mükafatlandırma mərasiminin aparıcılarından biri oldu.



Sibel Can
Gülben Ergen və oğlu


Qeyd edək ki, qaliblər 70 faiz xalq səsverməsi, 30 faiz isə münsiflər tərəfindən verilən səslərə görə müəyyənləşib:

Ən yaxşı serial – "Çukur”
Ən yaxşı klip – Hadisə "Farkımız var”
Ən yaxşı romantik komediya serial : "Erkenci kuş”
Ən yaxşı romantik komediya serialının aktyoru: Can Yaman
Ən yaxşı romantik komediya serialının aktrisası: Demet Özdemir
İlin mahnısı – Gazapizm "Heyecanı yok”
Ən yaxşı DJ: Mahmut Orhan
Ən yaxşı kişi pop ifaçısı – Edis
Ən yaxşı qadın pop ifaçısı – Aleyna Tilki
Ən yaxşı layihə - Yıldız Tilbe
Ən yaxş kişi aparıcı: Acun Ilıcalı
Ən yaxşı qadın aparıcı : Müge Anlı
Ən yaxşı komediya serialı: Çoçuklar duymasın
Ən yaxşı komediya aktyoru: Çağlar Çorumlu
Ən yaxşı komediya aktrisası: Pınar Altuğ
Ən yaxşı musiqi qrupu – Atehna
Ən yaxşı internet serial: Fi
Ən yaxşı qadın aktrisa – Özge Özpirincçi
Ən yaxşı kişi aktyor – Aras Bulut İynemli
Ən yaxşı cütlük – İrem Helvacıoğlu və Ulaş Tuna

Xəbər lenti